İnsanlara hürriyət, millətlərə istiqlal!

Vuçiç: “Putin və Trampın danışıqları bəşəriyyətin gələcəyi üçün həlledici əhəmiyyət daşıyır”

Serbiya prezidenti Aleksandar Vuçiç beynəlxalq siyasi gündəmlə bağlı mühüm açıqlama verib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında mümkün danışıqlar təkcə iki ölkə üçün deyil, həm də bütün dünya, Avropa və xüsusilə Serbiyanın gələcəyi üçün həlledici rol oynaya bilər.

Musavat.com xəbər verir ki, Vuçiç hesab edir ki, əgər Moskva və Vaşinqton arasında sülh və anlaşma əldə olunarsa, bu, hazırda Serbiyaya qarşı yönələn təzyiqlərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq:

“Gərginliyin və Serbiyaya qarşı təzyiqlərin bir hissəsi sülh əldə olunacağı halda ya intensivliyini azaldacaq, ya da tamamilə aradan qalxacaq”, – deyə Serbiya lideri vurğulayıb.

O, həmçinin bildirib ki, qlobal güclər arasındakı münasibətlərin taleyi Balkan regionuna da birbaşa təsir göstərir. Vuçiçin fikrincə, Rusiya ilə Qərb arasında davam edən qarşıdurma Serbiyanın xarici siyasətinə və regional sabitliyə ciddi təsir edir.

Xatırladaq ki, Serbiya uzun illərdir həm Avropa İttifaqı ilə inteqrasiya prosesini davam etdirir, həm də Rusiya ilə ənənəvi yaxın münasibətlərini qoruyur. Bu səbəbdən ölkə tez-tez Qərbin siyasi və diplomatik təzyiqləri ilə üz-üzə qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR