Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Volqoqrad Neftayırma Zavoduna dron hücumu nəticəsində yanğın baş verib.
Bu barədə Volqoqrad quberniyasının mətbuat xidməti bildirib.
“PUA-nın Volqoqrad Neftayırma Zavodu ərazisinə düşməsi ilə detonasiyası nəticəsində alışma baş verib. Yanğınsöndürmə-xilasetmə qüvvələri çevik şəkildə işə başlayıblar – yanğın söndürülüb. İtki yoxdur”, – şəhər administrasiyasının teleqram kanalı qubernator Andrey Boçarovdan sitat gətirib.
Onun sözlərinə görə, ötən gecə hava hücumundan müdafiə qüvvələri Volqoqrad ərazisinə PUA hücumunu dəf edib.
Xatırladaq ki, mayın 11-də Rusiyanın Belqorod şəhərinə endirilmiş zərbələr nəticəsində bir nəfər ölmüş, 29 nəfər yaralanmışdı./Report
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ