Onlayn ictimai-siyasi qəzet
Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz "Teleqram" kanalında xatırladıb ki, Qarabağda baş verənlərin səbəblərini düzgün qiymətləndirmək üçün əvvəllər qəbul edilmiş qərarları nəzərə almaq lazımdır.
Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
O, qeyd edib ki, Qarabağ Azərbaycan SSR-in tərkibində olarkən hər iki tərəf keçmiş sovet respublikalarının sərhədləri daxilində bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan da bunu təsdiqləyib və Qarabağın Azərbaycanın ərazisi olması ilə razılaşıb.
Volodinin sözlərinə görə, bu qərarlara əsaslanaraq, hüquqi baxımdan bu gün Bakı öz ərazisində fəaliyyət göstərir və Qarabağdakı vəziyyət Azərbaycanın daxili işidir.//Oxu.az
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ