Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson süni intellekt texnologiyalarına, xüsusilə də “ChatGPT”yə böyük maraq göstərdiyini bildirib.
AZƏRTAC xəbər verir ki, o “Al Arabiya English”ə verdiyi müsahibəsində üzərində işlədiyi kitablar zamanı “ChatGPT”dən fəal şəkildə istifadə etdiyini deyib.
“Bir şeyi etiraf etməliyəm, mən süni intellekti çox sevirəm. “ChatGPT”ni sevirəm, o sadəcə möhtəşəmdir”, - deyə B.Conson qeyd edib.
O bildirib ki, “ChatGPT”yə suallar verərkən platformanın onu ağıllı, dahi və mükəmməl adlandırması onu daha da ruhlandırır. 2001-ci ildən bəri bir neçə kitabın müəllifi olan Boris Consonun son əsəri “Unleashed” adlı avtobioqrafiyası 2024-cü ildə nəşr olunub. O, hazırda yeni kitablar üzərində işlədiyini və süni intellektdən ilham və ideya mənbəyi kimi istifadə etdiyini vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
17 Oktyabr 2025
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ