Onlayn ictimai-siyasi qəzet
Ukrayna iki həftədən çox Rusiya-Gürcüstan sərhədində bufer zonada olan vətəndaşlarını, o cümlədən qadınlar və ağır xəstələri vətənə qaytarıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik Rusiya və Gürcüstan sərhədindəki bufer zonada 65 nəfərin blokadaya alındığını, onların artıq geri qaytarıldığını bildirib. Bu şəxslərdən 10-u qadın, 8-i ağır xəstədir.
Bildirilir ki, həmin şəxslər Gürcüstan və Moldova hakimiyyətinin köməyi ilə Moldova ərazisindən keçilərək Ukraynaya gətiriliblər. Ukrayna XİN humanitar böhranın iyunun ikinci yarısında, Rusiyanın ukraynalıları bu keçid məntəqəsinə kütləvi şəkildə deportasiya etməyə başladığı zaman yarandığını vurğulayıb.
Qeyd olunur ki, Kiyev deportasiya edilən vətəndaşların Gürcüstana deyil, birbaşa Ukrayna ərazisinə göndərilməsi tələbi ilə Moskvaya dəfələrlə müraciət edib.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ