İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Ukraynanın təhlükəsizlik zəmanətçisi olmayacaq – şok iddia

Çin Ukraynaya təhlükəsizlik zəmanəti vermək fikrində deyil.

Musavat.com xəbər verir ki, "South China Morning Post" nəşri Pekinin yalnız siyasi və ya diplomatik dəstək göstərə biləcəyini yazıb.

Məqalədə qeyd olunur ki, Çinin müharibənin dayandırılması üçün müəyyən təşəbbüsləri ola bilər. Lakin Pekinin nə stimulu, nə də resursları Ukraynanın təhlükəsizliyinə real təminat verməyə yetərlidir.

Qəzet yazır ki, Rusiya hərçənd bu istiqamətdə bəyanatlar səsləndirsə də, Çin öz maraqlarına görə belə bir öhdəlik götürməkdən yayınacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR