Onlayn ictimai-siyasi qəzet
"Neftçi" futbol klubu daha bir transferini rəsmiləşdirib.
Bu barədə klubun Mətbuat Xidmətindən məlumat verilib.
Bakı təmsilçisi Murad Xaçayevlə 2 illik müqavilə imzalayıb.
27 yaşlı müdafiəçi futbol karyerasına Donetsk "Şaxtyor"unda başlayıb. O, son altı mövsümü "Sumqayıt" klubunda (2019-2025) keçirib. Xaçayev bir müddət "Sumqayıt"da hazırda "Neftçi"yə başçılıq edən Samir Abasovun rəhbərliyi altında da çıxış edib.
Qeyd edək ki, Murad Xaçayev Azərbaycan milli komandasının heyətində 1 oyun keçirib. (Oxu.Az)
29 Iyun 2025
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ