Onlayn ictimai-siyasi qəzet
Daxili İşlər orqanlarında yeni təyinat baş tutub.
Musavat.com "manset.az"a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis mayoru Güriyel Məmmədov Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi təyin edilib.
O bundan əvvəl adıçəkilən şöbənin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Səfərov bir müddət bundan əvvəl öz xidməti iş otağında ürəktutmasından vəfat etmişdi.
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ