Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Ermənistanla Dostluq və Əməkdaşlıq Cəmiyyətinin keçmiş rəhbəri Viktor Krivopuskovun İrəvanın Zvartnots hava limanında Ermənistan sərhədini keçməsinə icazə verilməyib.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Rusiya Erməniləri İttifaqının Telegram kanalında yayılan məlumatda deyilir.
Qeyd olunur ki, Viktor Krivopuskov avqustun 24-də səhər tezdən Aeroflotun reysi ilə İrəvanın Zvartnots hava limanına enib və məlum qərarla üzləşib.
Xatırladılır ki, 2009-2013-cü illərdə Krivopuskov “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinin rəhbəri, Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri olub.
Musavat.com
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ