İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərin çəkilmə SƏBƏBİ - 5 ölkəyə ÇAĞIRIŞ

Xəzər dənizində suyun səviyyəsinin enməsi iqlim dəyişikliklərinin nəticəsidir və bu hal Volqa çayında su axınının tənzimlənməsi ilə əlaqəli deyil. Problemin həlli üçün su hövzəsi ilə sərhəddə yerləşən beş ölkənin birgə səyləri vacibdir.

Musavat.com xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Federasiyasının Su Ehtiyatları Agentliyinin sədri Dmitriy Kirillov məlumat verib.

“Xəzər dənizinin dayazlaşması ilə bağlı ən sadə yanaşma bütün məsuliyyəti Volqaya və su anbarlarının idarə olunmasına yönəltməkdir. Amma bu tam həqiqət deyil, hətta demək olar ki, doğru deyil. Burada çoxlu amillər rol oynayır – yağıntıların miqdarı, iqlim dəyişiklikləri, temperatur fərqləri və bunun nəticəsində dənizin səthindən buxarlanmanın artması”, – deyə rusiyalı ekspert bildirib.

O qeyd edib ki, Xəzərin dayazlaşması probleminin həlli yalnız bir ölkənin deyil, dənizlə sərhəddə olan bütün ölkələrin birgə fəaliyyətini tələb edir.

“Adaptasiya tədbirləri çoxşaxəlidir. Bu, həm sahilyanı ərazilərə, həm torpaqların səhralaşması ilə mübarizəyə, həm də su ehtiyatlarının davamlı idarə olunmasına aiddir”, – deyə Kirillov əlavə edib.

O, həmçinin vurğulayıb ki, dayanıqlı su axını tənzimlənməsi təkcə Volqa ilə məhdudlaşmamalıdır, çünki Xəzər dənizinə beş ölkədən axan təxminən 30 çay tökülür.

Xəzər dənizi Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Rusiya sahillərini yuyur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 May 2025

25 May 2025

BÜTÜN XƏBƏRLƏR