Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının yüksək rütbəli üzvləri "gizli missiya" çərçivəsində sabiq baş nazir Boris Consonla siyasətə qayıdışı barədə danışıqlar aparırlar. Onların fikrincə, yalnız Conson sağçı Reform UK partiyasının lideri Naydjel Farradja ciddi rəqib ola bilər.
Bu barədə "The Sun" qəzeti məlumat yayıb.
Tabloid yazır ki, partiya hazırda müxalifətdə olan mühafizəkarların lideri olaraq Kemi Badeniukun yerinə Consona ümid edir.
"Boris Consonun köhnə komandasında olan bəzi şəxslər ona yenidən mesaj yazmağa başlayıblar ki, geri qayıtmasına nail olsunlar", - partiyadakı mənbə bildirib.
Vurğulanıb ki, mühafizəkarlar hesab edirlər ki, yalnız Boris Conson Naydjel Farradj və onun Reform UK partiyası ilə rəqabət apara biləcək yeganə şəxsdir.(publika.az)
26 May 2025
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ