Onlayn ictimai-siyasi qəzet
Rusiyada keçmiş SSRİ-nin dağılması mövzusu yenidən gündəmə gətirilib.
Musavat.com xəbər verir ki, Rusiya Hüquqşünaslar Assosiasiyasının sədri, sabiq baş nazir Sergey Stepaşin SSRİ-nin ləğvi prosedurunun hüquqi baxımdan pozulduğunu bəyan edib.
Stepaşin bu fikirləri Prezident Vladimir Putinin müşaviri Anton Kobyakovun əvvəlki açıqlamasına dəstək olaraq səsləndirib. Kobyakov bildirmişdi ki, SSRİ-nin yaradılması deputatların qərarı ilə həyata keçirilibsə, onun ləğvi də eyni hüquqi mexanizmlə baş verməli idi.
“Hüquqi baxımdan Kobyakov haqlıdır”, – deyə Sergey Stepaşin vurğulayıb.
Bu açıqlamalar Rusiyada SSRİ-nin bərpası məsələsinin hələ də aktuallığını qoruduğunu və siyasi dairələrdə zaman-zaman yenidən müzakirəyə çıxarıldığını göstərir.
Musavat.com
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ