İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən müharibəsi iştirakçısı qəzada öldü- FOTO

Oğuz rayonunda minik avtomobili traktorla toqquşub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Xaçmaz kəndində baş verib. 

Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili traktorla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, Xaçmaz kənd sakini, 1993-cü il təvəllüdlü Atakişiyev Səxavət Arif oğlu  aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Yol qəzasında vəfat edən Atakişiyev Səxavət Arif oğlu Vətən müharibəsi iştirakçısı olub.

Faktla baglı araşdırma aparılır. 



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR