Onlayn ictimai-siyasi qəzet
Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, onun şəxsi təyyarəsi yoxdur və BƏƏ-yə yalnız ildə bir dəfə – iqtisadi məsələlərlə bağlı gedir.
Musavat.com xəbər verir ki, bu barədə Kadırov "RİA Novosti"yə müsahibəsində danışıb.
"Mənim məzuniyyətim yalnız Ramazan ayında olur. Bu dövrü tamamilə Uca Allaha həsr edirəm", – deyə o vurğulayıb.
Kadırovun sözlərinə görə, onun Əmirliklərə səfərləri yalnız iqtisadi tərəfdaşların axtarışı ilə bağlıdır, istirahətlə yox.
Musavat.com
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ