İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəkil Xocalı qatili Vaqif Xaçatryanın müdafiəsindən imtina etdi - FOTOLAR

Yasamal Rayon Məhkəməsində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviç məhkəmə qarşısına çıxarılıb.

Musavat.com-un məlumatına görə, məhkəmədə bildirilib ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Natiq Bəybalayev Meşəli qətliamını törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın müdafiəsindən imtina edib.

Vəkil bu barədə məhkəməyə məktub göndərib. Natiq Bəybalayev məktubunda bildirib ki, xəstəliyinin ağırlaşması ilə bağlı xarici ölkəyə müalicəyə getmək məcburiyətində qalıb.

Onun imtinası qəbul edilib və V.Xaçatryan başqa müdafiəçi ilə təmin edilib. Azərbaycan Vəkillər Kollegiyasının üzvü Radmila Abdulova Xaçatryana müdafiəçi təyin edilib.

Xalidə Gəray,
Musavat.com
FOTOLAR, video müəllifindir

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR