İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamenei İsraili HƏDƏLƏDİ: İsrailə yardım yolları tamamilə bağlanmalıdır

İranın ali lideri Əli Xamenei bildirib ki, İsrail rəhbərliyinin törətdiyi cinayətlər qarşısında bu rejimi dəstəkləyən bütün kanallar tamamilə bloklanmalıdır.

Musavat.com xəbər verir ki, Xameneinin sözlərinə görə, bu gün Yəməndə cəsur insanlar tərəfindən görülən hərəkətlər düzgün və haqlı addımdır. “Əlbəttə, biz öz gücümüz daxilində hər şeyi etməyə tam hazırıq”, – deyə ali lider vurğulayıb.

Xameneinin çıxışında “sionist rejimi” ifadəsi ilə İsrail nəzərdə tutulur. O, İrana və digər dost ölkələrə müraciət edərək, İsrailə hər hansı dəstək kanallarının bağlanmasının vacibliyini xüsusi qeyd edib. Xamenei vurğulayıb ki, İsrailin fəaliyyətlərini dayandırmaq üçün regiondakı və beynəlxalq səviyyədə bütün imkanlardan istifadə olunmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR