Onlayn ictimai-siyasi qəzet
"Neftçala rayonu 40 saylı seçki məntəqəsində olan zaman həmin rayondan namizəd Vəfa Nağıyeva tərəfindən zorakılığa məruz qalmışam".
Musavat.com xəbər verir ki, bunu Tənzilə Rüstəmxanlının vəkili Hüseyn Qurbanov öz sosial media hesabında yazıb.
"Oradan Tənzilə Rüstəmxanlının vəkili olaraq rayonda yerləşən 43 və 44 sayli seçki məntəqələrinə getmək istəyərkən yolda tanımadığım Rusiya nömrəsindən mənə bir nəfər zəng edərək, özünü Vəfa Nağıyevanın qardaşı kimi təqdim edərək məni ölümlə hədələdi, bundan sonra Vaz 2106 markalı 40 BE 061 dqn avtomobil mənim avtomobilimin qarşısını kəsərək məni avtomobilimdən zorla yerə düşürdüb, rayonun yiyəsi bizik deyərək, yumruq, şillə və təpiklə üz və bədən nahiyələrimə vuraraq, mənə xəsarət yetirdi. Bundan sonra məni köməksiz vəziyyətdə yerdə qoyaraq, hadisə yerindən uzaqlaşdı. Polisə muraciət etdim, ekspertizaya göndərildim", - H. Qurbanov qeyd edib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ