Onlayn ictimai-siyasi qəzet
Qərbi Azərbaycanın Vedibasar bölgəsində baş verən qəzada üç azyaşlı ölüb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, 15 yaşlı yeniyetmənin idarə etdiyi minik avtomobili Nor Uxi qəsəbəsi yaxınlığında yolun hərəkət hissəsindən çıxaraq Vedi şəhərindən keçən kanala düşüb.
İstintaq komitəsinin mətbuat katibi Qor Abramyan sosial şəbəkələrdə bildirib ki, hadisə ilə bağlı artıq cinayət işi açılıb. Faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib, araşdırma aparılır.
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ