İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Rusiyaya silah verməsi və qoşun göndərməsi iddialarını rədd edir

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun NATO-nun baş katibi Mark Ruttenin Pekini KXDR və İranla yanaşı, Moskvanı dəstəkləməkdə ittiham edən bəyanatlarına cavab verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, diplomatın dediyinə görə, Ukrayna məsələsində Çin həmişə sülh danışıqlarının təşviqi prinsipinə sadiq qalıb, böhranın siyasi həllinə fəal töhfə verib, heç vaxt müharibə edən tərəflərə silah verməyib və ikili təyinatlı malların ixracına ciddi nəzarət edib.

Rusiya bazalarına 600-ə yaxın Çin əsgərinin göndərilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə gəlincə, Quo Jiakun "bu məsələ ilə bağlı heç bir məlumatı olmadığını" vurğulayıb.

Xatırladaq ki, “Kyiv Post” daha əvvəl Ukrayna hərbi kəşfiyyatına istinadla yazmışdı ki, Rusiya bu il Çindən öz hərbi obyektlərində və ordu təlim mərkəzlərində təcrübə keçmək üçün 600-ə yaxın hərbçi qəbul etməyi planlaşdırır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR