İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevdən SON DƏQİQƏ İran-İsrail açıqlaması: Bu cəfəngiyyat... – CANLI

Prezident İlham Əliyev iyunun 27-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edib.

Musavat.com xəbər verir ki, dövlət başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olduğunu deyərək, bu gərginliyi qınadığını vurğuladı və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığını ifadə edib.

İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyyat olduğunu bildirib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti və polis Eçmiədzin ərazisini tərk edib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Qeyd olunub ki, bu gün arxiyepiskop Mikael Ajapaxyanın saxlanması haqqında qərarın icrası zamanı Eçmiədzin ərazisində vətəndaşların toplanması qeydə alınıb.

Milli Təhlükəsizlik Xidməti və polis vəziyyətin qəsdən gərginləşməsinin qarşısının alınması üçün ərazini tərk etmək qərarına gəlib.

MTX vətəndaşları vəziyyəti gərginləşdirməkdən çəkinməyə və hüquq-mühafizə orqanlarının qanuni qərarlarının icrasına mane olmamağa, arxiyepiskop Mikael Ajapaxyanı isə hüquq-mühafizə orqanlarından gizlənməməyə çağırıb.

TVMusavat-ın bu gün saat 15:15-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Fikrət Fəraməzoğlu ilə müzakirə edir.

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR