İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaxtım olan kimi qocalacağam” - 77 yaşlı aktrisa

77 yaşlı Əməkdar artist Suğra Bağırzadə gənc görünməyinin sirrini açıqlayıb. 

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa bu barədə "Xəzərin sahilində" verilişində danışıb. 

Floraçı-rəssamın sözlərinə görə, qadının gözəl qalması onun öz tərbiyəsindən asılıdır: "Bu, elə-belə deyil. Xarici gözəlliyim göydən düşməyib. Bunun üzərində işləyirəm. Bunu dəfələrlə demişəm, indi də deyirəm, axşamdan zəfəran dəmləyirəm, səhər isə onu içirəm. Yeməyimə diqqət yetirirəm".

Bağırzadə əlavə edib ki, heç zaman kənarda lazım olmayan heç nə yemir: "Sevirəm ki, özüm yemək bişirim. Həyat yoldaşım da hara gedirsə getsin, o, mütləq şəkildə gəlib evdə yemək yeyir. Bir dəfə jurnalistlərdən biri mənə sual verdi ki, Suğra xanım, niyə qocalmırsınız? Mən də ona baxıb, bilmədim nə cavab verim. Dedim ki, qocalmağa vaxtım yoxdur. Çünki bütün günü dərslərim olur, filmlərə, verilişlərə çəkilirəm, rəssam kimi çalışıram, xaricdə çox oluram. Bundan başqa, həyat yoldaşım, qızlarım, nəvələrim var. Bunların hamısı isə zaman tələb edir. Çünki hamısı ilə təmasda olmağı sevirəm. Sizə söz verirəm, vaxtım olan kimi qocalacağam".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR