İnsanlara hürriyət, millətlərə istiqlal!

Vatikan çalxalanır: Papa nəfəs almaqda çətinlik çəkir, yenidən süni tənəffüs aparatına qoşuldu!

Vatikan gərgin və həyəcanlı saatlar yaşayır – Roma Papasının səhhəti kəskin pisləşib!

Musavat.com Müqəddəs Taxt-Tacın mətbuat xidmətinə istinadla bildirir ki, Pontifik iki dəfə kəskin tənəffüs çatışmazlığı yaşayıb və təcili süni tənəffüs aparatına qoşulub.

Həkimlər vəziyyətin kritik olduğunu bildirir.
Vatikan rəhbərliyi böhran rejiminə keçib.
Dua və gözləmə içində olan milyonlarla katolik cəmiyyətində gərginlik artır.

Papa Fransiskin səhhəti son aylarda dəfələrlə narahatlıq yaradıb, lakin bu dəfə vəziyyətin daha ciddi olduğu vurğulanır. Vatikan hələ rəsmi açıqlama verməsə də, vəziyyətin ağır olduğu və tibbi heyətin fövqəladə tədbirlər gördüyü bildirilir.

Dünya liderləri və milyonlarla insan Vatikanın divarları arxasında baş verənləri narahatlıqla izləyir.

Mənbə: Müqəddəs Taxt-Tacın mətbuat xidməti

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR