İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasif Talıbovun halqası daralır: Həbs sırası kimdədir? Heydər Oğuzla CANLI

Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılan cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb və onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Naxçıvan MR DGK-nın rəisi Səhət Həbibbəyli barəsində də bənzər hökm verilə bilər.

“Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”.

Bunu Gununsesi.info-nun Naxçıvan Muxtar Respublikasının Gömrük Xidmətinin rəisi Səhət Həbibbəylinin saxlanması barədə xəbərlərə dair sorğusuna cavabında onun AMEA prezidenti olan atası İsa Həbibbəyli deyib. “Oğlunuz haradadır, ondan xəbəriniz varmı” sualına isə İsa Həbibbəyli ” Bilmirəm ki, haradadır, xəbərim də yoxdur” deyərək, telefonun dəstəyini asıb.

Rusiyalı analitik Andrey Petrov deyib ki, Ermənistan Qarabağdakı separatçıları silahlandırır və Azərbaycanın hərbi hissələrinin dəqiq yerini öyrənir. Bu, koordinasiyalı hücuma hazırlığın bariz əlamətləridir. Əgər Rusiya planı baş tutmasa, İrəvan hərbi yardım üçün Qərbə üz tutacaq. Onların Qarabağa girməsinə Bakı razı olmayacaq. Bu, həm də Kremlin Gümrüdəki hərbi bazasının bağlanmasına, hərbi sahədə Moskva-İrəvan əlaqələrinin zəifləməsinə yönəlik antiRusiya addımı olacaq”.

TVMusavat-ın saat 15:00-da canlı efirində araşdırmaçı jurnalist Heydər Oğuzla Naxçıvan proseslərini və Qarabağdakı vəziyyəti müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR