İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaqonda yaşayan kimsəsiz kuryer: "Bizi adam yerinə qoymurlar"

"Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramın budəfəki qəhrəmanı şəhərin ən bahalı yerində vaqonda yaşayan kimsəsiz Saleh Həsənov olub. Uşaq evində böyüdüyünü söyləyən S.Həsənov bildirib ki, 13 ildən çoxdur vaqonda qalır:

"32 yaşım var, uşaq evində böyümüşəm. 8 il orada oxumuşam. Atam 2024-cü ilin fevralın 8-də dünyasını dəyişib. O da bu vaqonda yaşayırdı. Anamla atam mən uşaq ikən ayrılıblar, səbəbini isə bilmirəm. Bir bacım var, amma onunla əlaqəm yoxdur. Anam bacımı götürüb gedib, məni isə atam böyüdüb. O, dostunun məsləhəti ilə məni internata qoyub ki, təhsil alım. Amma hər dəfə tətil olanda məni götürüb yanına gətirirdi, onunla qalırdım. Atamla münasibətim çox yaxşı idi. O dünyasını dəyişəndən həyatdan küsmüşəm. İndi-indi özümə gəlirəm".

S.Həsənovun sözlərinə görə, sevdiyi qız evi olmadığı üçün onu tərk edib:

"Evsiz olduğuma görə ailə həyatı qura bilmədim, çox qız məndən üz döndərdi. Sevdiyim qız var idi, ev probleminə görə onunla da alınmadı. Çox istəyirəm ki, bir evim olsun. Bunun üçün gecə-gündüz dua edirəm".

Kuryer işlədiyini söyləyən S.Həsənov bəzi müştərilərin onunla pis davrandığını deyib:

"Çatdırılma edəndə müştərinin qapısını döydüm ki, sifarişi təhvil alsın. Mənə "qapını döyərək niyə narahat edirsən?!" dedi. Başqa bir müştəri isə ünvana çatdığım zaman "qardaş, gözlə, hamama girim, çimim" deyib. Bəzi müştərilər çox aqressiv danışırlar. Bizi adam yerinə qoymayanlar çoxdur".

Ətraflı Baku TV-nin süjetində:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR