İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vaqner" üsyanı zamanı ŞOK HƏMLƏ: "Putin qızdırma içində olarkən rus diplomat..."

Məlum olduğu kimi, iyunun 23-də Rusiyada muzdlu hərbi qrup olan “Vaqner” rəhbərliyə üsyan edərək dövlət çevrilişinə cəhd göstərib. 25 minlik ordusu ilə Moskvaya doğru yürüş edən "Vaqner"lə rəsmi Moskva Belarus lideri Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə razılığa gəliblər. Priqojin "rus qanını tökməmək üçün" geri çəkildiklərini açıqlayıb.

Musavat.com xəbər verir ki, Moskvanın mümkün münaqişəyə hazırlaşdığı gün, üsyan davam edərkən Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Çinin paytaxtı Pekinə səfər edib.

Al Jazeera bu səfəri belə şərh edib: “Putin qızdırma içində olarkən rus diplomat Pekinə uçub”.

Dünya mətbuatında geniş yer alan bu addımdan sonra Çin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

“Xarici işlər naziri Qin Qanq Pekində Rusiya xarici işlər nazirinin müavini Rudenko ilə görüşüb və Çin-Rusiya münasibətləri, ümumi maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıb” - açıqlamada qeyd edilib.

Qeyd edək ki, Çin administrasiyasının Rusiyada baş vermiş "Vaqner" üsyanı ilə bağlı heç bir rəsmi açıqlama verməməsi diqqət çəkib.

649832ee4e3fe01bc0997532.jpg (75 KB)

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR