Onlayn ictimai-siyasi qəzet
Britaniyanın əks-kəşfiyyat xidməti MI5-in direktoru Ser Ken Makkalum bildirib ki, Çin tərəfindən gələn təhlükələr hər gün Böyük Britaniyanın milli təhlükəsizliyinə təhdid yaradır və bu istiqamətdə mübarizədən “heç vaxt geri çəkilməyəcəklər”.
Musavat.com xəbər verir ki, Makkalum ötən ay Çin xeyrinə casusluqda ittiham olunan bir neçə britaniyalının məhkəməyə cəlb edilməməsinin onu məyus etdiyini deyib. Onun sözlərinə görə, MI5 ötən həftə Çin kəşfiyyatının sui-qəsd planını ifşa edib. Rəhbər əlavə edib ki, 2025-ci ildə xarici dövlətlərdən gələn təhdidlər üzrə istintaq altında olan şəxslərin sayı 35 faiz artıb.
ABŞ: Britaniya zəif görünür
ABŞ Konqresinin üzvləri Böyük Britaniyada casusluq işinin məhkəmədən çıxarılmasına sərt reaksiya veriblər. Onların fikrincə, bu qərar “Çin Kommunist Partiyasına qarşı zəiflik siqnalı” göndərir və Qərbi yeni təxribatlara qarşı daha həssas vəziyyətə salır.
ABŞ Konqresinin Çin üzrə xüsusi komitəsi Londonun Vaşinqtondakı səfirliyinə məktub göndərərək Britaniya parlamentindən Pekinə məxfi məlumat sızıb-sızmadığı barədə rəsmi izahat tələb edib. Məktubda həmçinin qeyd olunub ki, Kristofer Kəş və Kristofer Berriyə qarşı ittihamların ləğv edilməsi “xüsusilə təhlükəli presedent” yaradır.
“Çin Qərblə müharibədədir”
Keçmiş ABŞ milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, Londonun bu davranışı “Çini daha da cəsarətləndirir”.
“Britaniyanın bu işi uğursuz aparması Pekinə göstərir ki, Qərb hələ də özünü necə müdafiə edəcəyini bilmir”.
Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Mayk Pompeo da oxşar fikirlər səsləndirib: “Çin Kommunist Partiyası Qərblə müharibə vəziyyətindədir. Bu hadisə göstərir ki, onlar Qərbi zəiflətmək üçün hər vasitəyə əl atacaqlar”.
Hadisə Böyük Britaniyada Çin xeyrinə casusluq işi üzrə ittihamların dəlil çatışmazlığı səbəbindən bağlanmasından sonra baş verib. ABŞ bu qərarı “siyasi güzəşt” və “təhlükəli yumşaqlıq” kimi qiymətləndirir.
Musavat.com
17 Oktyabr 2025
02:59 “Atletik Bilbao”dan “Qarabağ”a qarşı 9 qol hədəfi – Valverdenin iddialı, amma təhlükəli arzusu
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ