İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uzak şehir”in aktrisası ilk dəfə adının mənasını açıqladı  

Mövsüm boyu intensiv şəkildə çalışan “Uzak şehir” komandası final öncəsi təşkil edilən şam yeməyində bir araya gəlib.

Musavat.com xəbər verir ki, aktyorların xoş vaxt keçirdikləri gecədə Atakan Özkaya və Dilin Döğer iş prosesi ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb.

“Bu layihəni və Mardini bir cümlə ilə necə xarakterizə edərdiniz?” sualına ilk olaraq cavab verən Dilin Döğer “Səmimiyyət, çox səy və məsafə hissi” deyərək layihənin ruhunu ümumiləşdirib.
Atakan Özkaya Mardində keçirdiyi ayları "Çətin olan, lakin sonunda gözəlliyə çatan bir səyahət" olaraq xarakterizə edib. Aktyorlar xüsusilə Midyatdakı gərgin iş prosesinin həm fiziki, həm də mənəvi cəhətdən yorucu olduğunu, lakin komanda ruhu və hekayəyə bağlılıq sayəsində hər şeyin öhdəsindən gəldiklərini vurğulayıblar.

Uğurlarının sirrini soruşduqda, Dilin Döğer layihədə iştirak edən hər kəsin işinə olan hörmətinə diqqət çəkib: "Bu işdə təkcə istedad yox, həm də böyük zəhmət və birlikdə işləmək ruhu var. Hamı əlini daşın altına qoydu".

Atakan Özkaya çıxışına layihəyə başlamazdan əvvəl keçdikləri hazırlıq prosesi ilə başlayıb: "Bu işin arxasında ciddi hazırlıq var idi. Hər səhnə üçün ayrı bir zəhmət çəkildi. Düşünürəm ki, son nəticə bütün səylərimizə dəyərdi. Şükürlər olsun ki, əlimizdən gələni etməyə çalışdıq və nəticəsini verdi".

Gecədə iz buraxan digər detal isə aktrisa Dilin Döğerin adının mənası ilə bağlı açıqlaması olub.

“Dilin” adının mənasının “hiss, duyğu və ürək” olduğunu bildirən Döğer bu adı ona yazıçı olan əmisinin verdiyini bildirib. Bu mənanın həm xarakterinə, həm də aktyorluğa yanaşmasına böyük təsir etdiyini də dilə gətirib. O, adının onda yaratdığı hissləri, "Məncə, aktyorluq etdiyim zaman bu üç sözü həmişə içimdə daşıyıram" deyərək paylaşıb.



Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR