İnsanlara hürriyət, millətlərə istiqlal!

"Unibank" əməkdaşının döyülmə xəbərini təkzib etdi

"Bir sıra xəbər saytlarında Unibank mühafizəçisinin döyülməsi haqda yayılmış məlumatlarla bağlı bildiririk ki,  Bankın Təbriz küçəsi 94 ünvanında  yerləşən “Nərimanov” filialında hər hansı insident qeydə alınmayıb. “Unibank”ın ümumiyyətlə Bağırov Lətif İsmayıl oğlu adlı əməkdaşı yoxdur."

Musavat.com com xəbər verir ki, bu barədə "Unibank"ın mətbuat xidmətinin verdiyi açıqlamada bildirilir.

"Media orqanlarından Media qanunvericiliyinə və media etikasına uyğun olaraq, Unibankla bağlı hər hansı xəbəri yazmazdan əvvəl bankdan və yaxud xəbərin təyinatına uyğun olaraq, aidiyyatı rəsmi qurumlardan dəqiqləşdirməyi xahiş edirik."- , deyə verilən açıqlamada qeyd edilib.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR