Onlayn ictimai-siyasi qəzet
Ukraynanın müdafiə naziri Rustəm Umerov bütün müavinlərini onların səmərəsizliyi səbəbindən işdən çıxarmağı planlaşdırır.
Bu barədə “RBK-Ukrayna” agentliyinin “Telegram” kanalında dərc olunan məlumatda deyilir.
O, artıq Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun iki müavinini - Viktor Zaytsevi və İqor Ostapenkonu vəzifədən azad edib.
Agentliyin mənbələrinin verdiyi məlumata görə, Umerovun Budanovu isə vəzifədən azad etmək fikri yoxdur./Publika.az/
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ