İnsanlara hürriyət, millətlərə istiqlal!

Ulyanovskda iki qatarın toqquşmasının səbəbi - sərxoş qulluqçu, sistem xətası

Ulyanovsk vilayətində iki qatarın toqquşmasına səbəb qatarları bir-birindən ayırmalı olan, lakin sistem xətasını görməyən sərxoş xidmətçi olub.

Musavat.com xəbər verir ki, bu barədə Baza Telegram kanalı yazır.

Kanalın məlumatına görə, qəzadan sonra iki qatarın maşinistləri və Bryandino stansiyasının növbətçisi Svetlana Strejneva tibbi müayinəyə göndərilib və nəticədə növbətçinin sərxoş olduğu məlum olub.

Kanal bildirir ki, toqquşmaya səbəb həm sistem nasazlığı, həm də insan faktoru olub.

Məlumata görə, boş yollar haqqında yanlış siqnal verilib, lakin relslərə nəzarət etməli olan dəmiryol əməkdaşı bunu hiss etməyib. Qadın dindirilmə zamanı işdən əvvəl spirtli içki qəbul etdiyini etiraf edib.

Faktla bağlı dəmir yolunda təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanıb.

Eyd edək ki, noyabrın 22-də Ulyanovsk vilayətində iki qatar relslərin boş olması ilə bağlı yanlış xəbərdarlığa görə üz-üzə toqquşub. Yağan qar səbəbindən maşinistlər bir-birini gec görsələr də, sürəti kəskin azalda biliblər. Nəticədə 25 nəfər yaralanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR