Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin dünya ölkələrinə, xüsusən də Ukraynaya silah ötürməsi ölkəni həssas edir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
“Biz bütün dünyaya, xüsusən də Ukraynaya silah-sursat, milyonlarla dollar dəyərində avadanlıq veririk. Mən ehtiyatlarımızı artırdım, dedilər ki, bizdə boldur, raketlərimiz var. İndi bizim sursatımız yoxdur. Özünüzü Çin sədri Si Cinpinin yerində təsəvvür edin, ona deyirlər ki, Amerikanın döyüş sursatı yoxdur. Biz çox həssasıq”, - Tramp Fox News-a müsahibəsində deyib.
Prezidentliyə namizədin əsas seçki şüarı Amerikanın yenidən ən böyük etmək olsa da, açıqlamalarından belə aydın olur ki, o, Rusiyanın qarşısından qaçmaq xəttini müdafiə edir.
Musavat..com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ