Onlayn ictimai-siyasi qəzet
Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Hannibal Qəddafi Livanda azadlığa buraxılıb.
Musavat.com xəbər verir ki, məlumatı "Lebanon 24" yayıb. Qeyd olunub ki, Livan hakimiyyəti 2015-ci ildən həbsdə saxlanılan Hannibal Qəddafini azad edib və onun ölkədən çıxışına qoyulan qadağanı ləğv edib.
Məhkəmə həmçinin Hannibal Qəddafinin azad olunması üçün əvvəl müəyyən edilmiş 11 milyon dollarlıq girov tələbinin də qüvvədən düşdüyünü açıqlayıb.
Hannibal Qəddafi 2015-ci ildə Suriya ərazisində siyasi mühacirətdə olarkən “Amal” hərəkatına bağlı silahlılar tərəfindən qaçırılmış, daha sonra Livan hüquq-mühafizə orqanlarına təhvil verilmişdi.
O, 2017-ci ildə 1978-ci ildə yoxa çıxan şiə imamı Musa Sədr barədə məlumatları gizlətməkdə ittiham olunmuşdu.
Liviyanın Milli Birlik Hökuməti Qəddafinin azad edilməsini ədalətin bərpası və humanitar addım kimi qiymətləndirib.
Musavat.com
07 Noyabr 2025
06 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ