İnsanlara hürriyət, millətlərə istiqlal!

Uitkoff: Daha bir ölkə "İbrahim Sazişləri"nə qoşulacaq

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff cümə axşamı yeni bir ölkənin "İbrahim Sazişləri"nə qoşulacağını açıqlayıb.

"Report"un xarici mediaya istinadən verdiyi məlumata görə, o, bu barədə Mayamidə keçirilən Amerika Biznes Forumunda açıqlama verib.

"Bu axşam Vaşinqtona qayıdıram, çünki "İbrahim Sazişləri"nə başqa bir ölkənin qoşulduğunu elan edəcəyik"- o deyib.

2020-ci ildə ABŞ İsrail və ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bir prosesə başlayıb. Bu, "İbrahim Sülh Sazişləri" kimi tanınan bir sıra sənədlərin imzalanması ilə nəticələnib. BƏƏ, Bəhreyn və Mərakeş sazişlərə qoşulublar.

Sudan hakimiyyəti sazişlərə qoşulmaqda maraqlı olduğunu bildirib və deklarativ hissəni imzalayıb, lakin Xartum İsraillə müvafiq sənədi imzalamayıb. ABŞ Prezidenti Donald Tramp da Səudiyyə Ərəbistanının sazişlərə qoşulacağına ümid etdiyini bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

06 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR