İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə azərbaycanlılar döyüldü, Saakaşvili türmədən sərt reaksiya verdi

Musavat.com xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Tiflisdə azərbaycanlıların supermarketdə döyülməsi ilə bağlı insidenti şərh edib.

Saakaşvili bildirib ki, bu gün “Gürcü Arzusu” hakimiyyətinin tərəfdarları tərəfindən Vake rayonundan olan “Manço” ləqəbli bir qadın saxlanılıb. Onun sözlərinə görə, həmin qadın 2013-cü ildə sabiq prezidentin vaxtilə ona məxsus olan pizzeryaya hücum edib, içəri daxil olaraq əşyaları dağıtmışdı. İndi isə o, “öz dəstəsi ilə birlikdə bizim etnik azərbaycanlı həmyerlilərimizə hücum edib”.

Sabiq prezidentin fikrincə, qadın saxlanılsa da, böyük ehtimalla məsuliyyətdən yayınacaq: “Belə adamlar İvanişvilinin son dayaqlarıdır. Onlar siyasi sisteminin küçə dəstələridir. Mən əminəm ki, o, həbs olunmayacaq”.

Saakaşvili hakimiyyətin lideri Bidzina İvanişviliyə də müraciət edib: “Bidzina, vaxtında müdaxilə et və öz sadiq tərəfdarını azadlığa burax! Əks halda indiyə qədər arxalandığın ‘qocalar’ və ‘qocaman qadınlar’ sənə qarşı ayağa qalxacaqlar”.

Qeyd edək ki, Tiflisdə azərbaycanlıların döyülməsi sosial şəbəkələrdə ciddi narazılıq yaradıb və məsələ ictimai rezonans doğurub.

Musavat.com xatırladır ki, Mixeil Saakaşvili 2021-ci ildə Gürcüstana qayıtdıqdan sonra saxlanılıb və hazırda Tiflisdə klinika şəraitində cəza çəkir. O, hakimiyyət tərəfindən bir neçə maddə ilə ittiham olunub. Saakaşvili və tərəfdarları bu ittihamları siyasi sifariş adlandırır. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamentinin bir çox üzvləri onun səhhətinin ağırlaşdığını bildirərək dərhal azadlığa buraxılmasını tələb ediblər. Lakin Bidzina İvanişvili hakimiyyəti bu çağırışları rədd edir və Saakaşvilini azad etməyə tələsmir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

06 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR