Onlayn ictimai-siyasi qəzet
Suriya Xarici İşlər Nazirliyi Suriya-İsrail arasında imzalanması gözlənilən müqavilənin bir hissəsi olaraq Dəməşqin cənubundakı hava bazasının ABŞ-ın istifadəsinə veriləcəyinə dair məlumatın yalan olduğunu açıqlayıb.
Musavat.com-un məlumatına görə, XİN sözçüsü SANA xəbər agentliyinə verdiyi açıqlamada bildirib: "ABŞ-ın Dəməşq yaxınlığındakı hava bazasında hərbi mövcudluğunu təmin etməyə hazırlaşdığı barədə məlumatlar həqiqətə uyğun deyil".
Nazirliyin bəyanatında həmçinin bildirilir ki, ABŞ-ın Suriyada bazalar yaratmaq niyyəti yoxdur: "Bu mərhələdə Amerika tərəfi Dəməşqdəki mərkəzi hökumətlə birbaşa əlaqə qurmağa çalışır. ABŞ ölkəni birləşdirmək səylərini dəstəkləyir və bölünməyə çağırışları rədd edir".
Qeyd edək ki, bir qədər əvvəl Reuters agentliyi ABŞ-ın Suriya ilə İsrail arasında gələcək təhlükəsizlik müqaviləsini dəstəkləmək üçün Dəməşqdəki hava bazasında hərbi kontingent yerləşdirməyə hazırlaşdığına dair məlumat yayıb. Məlumata görə, bu baza ölkənin silahsızlaşdırılmış zonaya daxil olan cənub bölgələrinin girişində yerləşir.
Musavat.com
07 Noyabr 2025
06 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ