İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada dəhşət: tibb işçisi onu narahat etməsinlər deyə xəstələri öldürüb

Almaniyada tibb qardaşı xəstələri öldürdüyünə görə ömürlük həbs cəzası aldı

Almaniyada 44 yaşlı tibb işçisi gecə növbəsində onu narahat etməmələri üçün xəstələri öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib.

Musavat.com xəbər verir ki, o, 10 nəfərin qətlində və 27 qətl cəhdində təqsirli bilinib. Müttəhim ölkənin bir klinikasında palyativ şöbədə çalışıb.

İstintaq materiallarında qeyd olunur ki, tibb qardaşı gecə növbələrində “sakitlik istədiyi” üçün daha çox diqqət tələb edən xəstələrə icazəsiz şəkildə güclü dərman preparatları verib. Nəticədə xəstələrin həyatı təhlükə altına düşüb və bir çoxu ölüb.

O, bütün ittihamları rədd etsə də, istintaq oxşar xarakterli başqa cinayətlərin də törədilmiş ola biləcəyini istisna etmir. Hazırda həmin hallarla bağlı əlavə araşdırma aparılır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR