İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya görə Polşa və Slovakiya "dalaşır": Fikonun təhdidi cavabını aldı...

Slovakiya Kiyevə elektrik enerjisi tədarükünü dayandırarsa, Varşava Ukraynaya elektrik enerjisi ixracını artırmağa hazırdır. Musavat.com xəbər verir ki, Bloomberg bu barədə Polşa rəsmisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Polşa hökuməti Slovakiyanın belə addımları zamanı Ukraynanın üzləşəcəyi “istənilən balanssızlığı kompensasiya etmək” üçün “yerli elektrik enerjisi istehsalını artıra” bilər.

İki gün əvvəl Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, ölkəsi Ukrayna qaz tranzitini dayandırarsa, Kiyevə elektrik enerjisinin verilməsini dayandıra bilər.

Rusiyanın ildə minimum 40 milyard kubmetr qazının Ukrayna üzərindən nəqlini nəzərdə tutan müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatır. Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, Ukrayna 2025-ci il yanvarın 1-də saat 07:00-da (Moskva vaxtı ilə 08:00) qaz tranzitini dayandıracaq. Eyni zamanda o izah edib ki, Ukrayna qaz nəqli sistemi ilə tranzitin bərpası Rusiya qazı olmasa, Avropa Komissiyasının tələbi ilə mümkün olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR