İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya F-16-ları BU ÖLKƏ verəcək - Müharibənin gedişatı dəyişir?

İşğalın əvvəlində tabu sayılan silah sistemləri bir-birinin ardınca Ukraynaya göndərilir. Əvvəlcə HIMARS çoxsaylı reaktiv yaylım atəşi sistemi, sonra PATRIOT hava hücumundan müdafiə raketləri, nəhayət, “Leopard 2” və “Abrams” əsas döyüş tankları Ukrayna üçün istifadəyə verilib. Kiyev hazırda Amerika istehsalı olan F-16-ları gözləyir.

Musavat.com xəbər verir ki, bununla bağlı Türkiyə mediasında maraqlı təhlil dərc olunub.

Təhlildə qeyd olunub ki, tank göndərilməsi qərarından sonra daha çox gündəmə gəlsə də, döyüş təyyarələri tələbi yeni deyil.

"Ukraynanın Su-24, Su-25, Su-27 və MiQ-29-lara tələbi bir ildir davam edən müharibənin ilk həftələrindən yaranıb. Tank müzakirələrindən göründüyü kimi, NATO müttəfiqləri Ukraynaya qırıcı təyyarələrin göndərilməsinin məqsədəuyğun olub-olmaması ilə bağlı fikir ayrılığı yaşayırlar".

Təhlildə aşağıdakı suallara cavab axtarılıb:

KİM GÖNDƏRƏCƏK?

t25_kongreye-mektup-gonderdi--83.jpg (110 KB)

Əvvəllər "Abrams" tanklarını göndərməkdən imtina edən ABŞ prezidenti Co Bayden, deyəsən, F-16-lar üçün də eyni mövqeyi tutub. Yəni Amerika Birləşmiş Ştatları uzanan F-16 hekayəsində əsas rol oynayacaq. 

Təyyarə verməyə ən çox həvəsli olan Polşa NATO müttəfiqləri ilə birlikdə hərəkət edəcəyini açıqlayıb. Fransa tədarükün artmaması və təyyarələrin Rusiya torpaqlarına zərbə endirməməsi şərti ilə Kiyevin üzünə qapını açıb.

İngiltərə və Almaniya isə təyyarələrin göndərilməsinin tərəfdarı deyil.

NİYƏ F-16?

230113165924-f16-fighting-falcon-file-092421.jpg (455 KB)

Bəzi hava qüvvələrinin inventarından çıxarmağa başladığı F-16-lar üçün Ukraynanın israr etməsi tanklarda "Leopard 2"lərə üstünlük verməsi ilə oxşar səbəblərə əsaslanır.

"Leopard 2" tankının üstünlüyü ondan ibarətdir ki, o, Qərbin arsenalında ən yaxşı tanklardan biri olmaqla yanaşı, həm də ən çox istifadə edilənlərdən biridir. "Leopard 2"ni idarə edən 20-yə yaxın ölkə ilə bir neçə ölkə Ukraynanı dəstəkləmək üçün öz tanklarının kiçik bir hissəsini çip edə bilər. Çox sayda və bir modellə işləmək Ukraynaya ekipajı öyrətməyi və texniki xidməti idarə etməyi asanlaşdıracaq.

Ukraynanın F-16 təyyaləri istəməyinin səbəbi də eynidir. Kiyev 200 təyyarə tələb edir. F-16-lardan Türkiyə də daxil olmaqla 25-dən çox ölkə istifadə edir.

QIRICILAR MÜHARİBƏDƏ FƏRQ YARADACAQMI?

3500.jpg (96 KB)

Ukrayna müharibəsi indiyədək havadan çox quruya yönəlib. Pilotların təlim müddəti nəzərə alınsa, təyyarələrin prioritet olub-olmadığı sual altındadır.

Bəzi ekspertlər iddia edirlər ki, hətta az sayda Qərb döyüş təyyarəsi də əhəmiyyətli dərəcədə çəkindirici təsir göstərə bilər. Ukrayna yazda hücuma keçməyi planlaşdırır. Təyyarələrin bu cəhdə dəstək ola biləcəyi və ya intensiv hücuma hazırlaşan Rusiyanın qarşısını ala biləcəyi proqnozlaşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR