Onlayn ictimai-siyasi qəzet
Bakıda bu il istilik mövsümünün noyabrın 15-də başlanması nəzərdə tutulub.
Musavat.com "Trend"ə istinadən xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.
O bildirib ki, noyabrın 1-dən isə 14 dağlıq və dağətəyi rayonlarda başlanacaq.
Həmin rayonlar aşağıdakılardır:
1. Daşkəsən;
2. Gədəbəy;
3. Xaçmaz;
4. Kəlbəcər;
5. Qəbələ;
6. Quba;
7. Qusar;
8. Laçın;
9. Lerik;
10. Şamaxı;
11. Siyəzən;
12. Şabran;
13. Şuşa;
14. Yardımlı.
E.Basqallı qeyd edib ki, hələlik işğaldan azad edilmiş ərazilərdən yalnız Şuşada qazanxana var: "Orada yeddi qazanxanamız var".
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ