İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəhudi qadının göz bağışladığı qazimizdən YENİ XƏBƏR: “Mağazada işləyirəm”

İsrailli qadının vəfat etmiş həyat yoldaşının gözünü bağışladığı qazimiz Arif Hacıyev 11-ci dəfə əməliyyat olunacaq. Onun səhhəti ilə maraqlandıq.

Arif Hacıyev Musavat.com-a bidirdi ki, görməyən gözünün nurunu ona geri qaytaran həkimlərin əl barmaqlarının hərəkətini tam bərpa edəcəklərinə ümid edir.

“Gözümlə bağlı müalicələrim bitib. Gözlərim həkimlər tərəfindən yoxlanılır, nəzarətdə saxlayırıq ki, problem olmasın. Sol gözüm 100, sağ gözüm isə 30 faiz görür. Əvvəldən hər iki gözüm 100 faiz görürdü. Döyüş zamanı partlayış olmuşdu və sağ gözüm sıradan çıxmışdı. Ancaq hansısa bir işığı görürdüm.

Yanvar ayında 11-ci dəfə əməliyyat olunacağam. Növbəti dəfə olunacağım əməliyyat əl barmaqlarımla bağlıdır. Yalnız 3 barmağımda fəaliyyət var. Digərləri işlək deyil. Əməliyyatla bu problemlərin yoluna qoyulacağına ümid edirəm”.

Qazi bildirib ki, müharibədən sonra “Baku Design Academy” də təhsil alıb. Hazırda Manqo mağazasında çalışır.

A.Hacıyev ona göz başğışlayan israilli ailə ilə də görüşüb.

“Bununla bağlı İsrailə getdim və həmin ailəyə təşəkkür etdim . Ondan sonra isə əlaqələrimiz olmayıb”.

Qeyd edək ki, hərbi səfərbərlik çağırışından sonra Vətən Müharibəsinə qatılan Arif Hacıyev Füzuli və Cəbrayıl istiqamətlərində döyüşüb. Müharibə zamanı o, sağ gözündən və qolundan yaralanıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR