Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində göz yaşlarına boğulub.
Musavat.com axşam.az-a istinadən xəbər verir ki, sənətçi 1994-cü ildə Suqovuşanda şəhid olan qardaşı Azadı xatırlayaraq kövrəlib:
"İndi qürur və milli qeyrət hissimiz var. Suqovuşanda mənim qardaşım da şəhid olub. Çox sevinirəm ki, bu şəhidlər qalib ölkənin şəhidləri oldular. Birinci Qarabağ müharibəsində 30 mindən çox bizim igidimiz şəhid oldu, amma qalib ola bilmədik. Amma bu torpaqları bizə qaytararaq şəhid olanlar qalib ölkənin şəhididirlər".
Qeyd edək ki, Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov da şəhid olub. Onun bu nikahdan bir oğul övladı var.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ