İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya 1 milyard, Rusiyaya 35 milyard: Cosef Boreldən AB-yə çağırış


Avropa Birliyi xarici işlər naziri Cosef Borel AB-ni müharibəni bitirmək üçün Ukraynaya daha çox silah göndərməyə çağırıb.

Qaynarinfo "The Guardian” qəzetinə istinadə xəbər verir ki, bunu Avropa Parlamentində çıxış edən Borell Avropa Birliyinin muharibə başlayandan Ukrayna və Rusiyaya xərclədiyi maliyyəni müqayisə edərkən deyib.

"Biz Ukraynanı silahlandırmağa davam etməliyik. Bizə daha az alqış, daha çox yardım etmək lazımdır”, - Avropa Birliyinin Rusiyaya 5-ci sanksiya paketini müzakirəsi zamanı AB rəsmisi deyib.

O, Avropa Birliyinin Ukrayana bir milyard avro yardım ayırdığını, ancaq Rusiyaya Avropanın aldığı qaz müqabilində 35 milyard ödədiklərini diqqətə çatdırıb.
"Müharibə başlayandan Putinə aldığımız təbii qaza görə hər gün bir milyard ödəyirik. Müharibə başlayandan biz ona 35 milyard avro vermişik. Bunu Ukraynaya silah-sursat üçün verdiyimiz 1 milyardla müqayisə edin”, - Borel çıxışında bildirib.

Hazırda Baltik ölkələri və Polşa Rusiyanın əsas gəlirli neft və qaz ixracatına sanksiya qoyulmasını istəyir. Ancaq Birliyin digər ölkələri – Almaniya, Avstriya və Macarıstan buna etiraz edir.

Qeyd edək ki, Avropa Birliyi təbii qaz ehtiyacının 41, neft ehtiyacının isə 27%-ni Rusiyadan alır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR