İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın XİN başçısı Afrikaya səfərini yarıda dayandıraraq təcili Kiyevə qayıdıb

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Afrika turunu yarıda dayandıraraq təcili Kiyevə qayıdıb.

“Report” xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

Nazir bildirib ki, buna səbəb Rusiyanın paytaxt Kiyevə və digər vilayətlərə raket hücumudur.

“Qarşı tərəfin hücumlarına cavab vermək üçün səhər saatlarından etibarən tərəfdaşlarla əlaqə saxlayıram”, - D.Kuleba qeyd edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Məlumata görə, təkcə Kiyevdə 8 nəfər ölüb, 30 nəfər yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR