İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın dördqat dünya çempionu müharibədə həlak olub

Ukraynanın kikboksinq üzrə dördqat dünya çempionu Vitali Merinov davam edən müharibədə həlak olub.

"Report"un məlumatına görə, bu barədə İvano-Frankovsk şəhərinin meri Ruslan Martsinkiv yerli mətbuata açıqlama verib.

O bildirib ki, 33 yaşlı idmançı martın 30-dan 31-nə keçən gecə cəbhədə aldığı güllə yarasından sonra xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Vitali Merinov müharibənin ilk günlərindən döyüş bölgəsinə yollanıb. O, hətta bir dəfə ayağından qəlpə yarası alıb. Sağaldıqdan sonra isə yenidən cəbhəyə qayıdıb.

Merinov universal döyüş növləri üzrə Ukrayna çempionu, həmçinin, boks üzrə idman ustası idi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR