İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanı satıb Rusiyanın tərəfinə keçən “vitse-qubernator” yeyintiyə görə tutuldu

 

Rusiya ordusunun Ukraynada geri çəkilməsi yerli işğal administrasiyaları arasında qarşıdurmaya təkan verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Xerson vilayətinin Rusiyanın işğalı altında qalan ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları Kremlin yaratdığı “regional hökumət başçısı”nın müavini Yekaterina Qubarevanı iqtisadi cinayətlə bağlı cinayət işi çərçivəsində saxlayıb.

Xatırladaq ki, Yekaterina Qubarevanın həyat yoldaşı Pavel Qubarev dünən onun itdiyi barədə məlumat vermişdi. Pavel Qubarevin özü 2014-cü ildə o, Donetskdəki separatçıların liderlərindən biri olub, lakin qondarma “DXR” rəhbərliyinə daxil edilməyib. Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra Qubarevin sıravi əsgər kimi rus ordusu ilə müqavilə bağladığı bildirilir. Onun həyat yoldaşı Yekaterina Qubareva isə Xersonda rus işğalı administrasiyası formalaşdıqdan az sonra burada müavin vəzifəsinə təyin edilib.

Qondarma “qubernator”un müavini Yekaterina Qubarevanın 60 milyon rubl pensiya pulunu mənimsədiyi üçün saxlanıldığı bildirilir. Məlum olub ki, o, burada sosial siyasətə nəzarət edib və ukraynalı təqaüdçülərin pullarını oğurlayıb. Elə bu səbəbdən yaşlı insanlar Rusiya pensiyalarını almaq əvəzinə Xersonda Ukrayna qoşunlarını sevinclə qarşılayıblar.

Əslində ruslar işğal olunmuş ərazilərdə belə bir oğurluq faktından keçə bilirlərmiş, amma görünür “kollaborant qadın”ın gözü bununla da doymayıb. “Transparency International” Rusiya bölməsinin baş direktorunun müavini İlya Şumanovun bir müddət əvvəl Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov Xersona10 ton humanitar ləvazimat, avadanlıq və təcili yardım maşınları göndərib. Həmin əmlak sosial məsələləri kuratorluq etdiyinə görə bu xanımın sərəncamına verilib.

Rusiya mediası və sosial şəbəkə istifadəçiləri onun son korrupsiya əməlinə görə həbs olunduğunu bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR