İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı qubernator azərbaycanlı iş adamına belə TƏŞƏKKÜR ETDİ - FOTOLAR

Nikolayev şəhərinin qubernatoru Vitali Kim həmyerlimiz Zaur Ağabəyovu qəbul edib.

Bu barədə məlumatı Musavat.com-a Odessa azərbaycanlıları "Birlik" diaspora təşkilatının sədr müavini, "Yeni Müsavat"ın Ukrayna təmsilçisi Anar Natiqoglu verib.

Bildirilir ki, Vitali Kim iş adamı olan soydaşımıza savaşın ilk günlərindən həm Ukrayna ordusuna, həm də yerli xalqa göstərdiyi maddi, humanitar dəstəyə görə təşəkkürnamə verib. Nikolayevin qubernatoru Zaur Ağabəyovun timsalında bütün Ukraynada yaşayan azərbaycanlı fəallara təşəkkür edib.

Xatırladaq ki, azərbaycanlı iş adamının oğlu, Nikolayev şəhər sovetinin deputatı Ramil Ağabəyov da həm şəhərin su təhcizatı, həm də digər humanitar məsələlərdə önəmli addımlar atan şəxslərdəndir.

WhatsApp Image 2022-10-28 at 14.40.00.jpeg (166 KB)

WhatsApp Image 2022-10-28 at 14.40.00 (1).jpeg (238 KB)

WhatsApp Image 2022-10-28 at 14.40.01.jpeg (144 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR