İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı qaçqınlar Berlində karantin rejiminə etiraz ediblər

Berlindəki ukraynalı qaçqınlar çadır şəhərciyində karantin rejimi tətbiq olunduğu üçün etiraz ediblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, keçmiş Berlin-Tegel hava limanında çadır şəhərciyində karantinin suçiçəyi səbəbilə elan edildiyi dəqiqləşib. Qaçqınlardan birinin dediyinə görə, uşağa xəstəlik diaqnozu qoyulub, “bir həftə ərzində” heç kim buna əhəmiyyət verməyib, lakin bundan sonra şəhər qəfildən karantinə bağlanıb.

Qadın qeyd edib ki, ukraynalılar qəzəbləniblər, çünki karantin fonunda uşaqları qida ilə təmin etməkdə çətinliklər yaranıb. Onun sözlərinə görə, şəhərdə heç də bütün uşaqlar verdiklərini yemirlər.

Daha əvvəl məlumat verilmişdi ki, İsveçrə hakimiyyəti sosial müavinətlə yaşayan ukraynalı qaçqınları avtomobillərini satmağa məcbur edir. Qaçqın avtomobillərinin dəyəri alınan müavinətin məbləğindən artıq olduqda satılır.

O da məlumdur ki, Polşada ukraynalı qaçqınlar mart ayından etibarən ortaq mənzillərdə yaşamaq dəyərinin yarısını ödəməyə məcbur olublar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR