İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı deputat: “Bakı ilə İrəvan arasında sülh ərazi bütövlüyünə əsaslanmalıdır”

Ukraynanın xalq deputatı Aleksey Qorniçenko Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyiş olduğunu qeyd edib.

“Report” xəbər verir ki, o bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda Ermənistanın Azərbaycanla sərhəddə son təxribatlarına həsr olunmuş plenar iclası çərçivəsində keçirilən debatlarda bildirib.

“Biz inanırıq ki, Azərbaycan və Ermənistan yaranmış problemlərin həllini tapa biləcək. Bu həll yolları hər iki ölkənin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə əsaslanmalıdır”, - o deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR