Onlayn ictimai-siyasi qəzet
Ukrayna üzrə növbəti beynəlxalq konfrans münaqişənin sona çatmasına gətirib çıxarmalıdır, Rusiya sammitə dəvət olunacaq,
Bu barədə "RİA Novosti" Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya istinadən məlumat yayıb.
"İdeya budur ki, növbəti sammit müharibənin sonu olacaq və əlbəttə ki, danışıqlar masasında qarşı tərəfə ehtiyacımız var", - deyə "Strana" nəşri Kulebadan sitat gətirib.
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri etiraf edib ki, gec-tez Rusiya ilə danışmaq lazım gələcək./publika.az
"Əlbəttə, biz çox yaxşı başa düşürük ki, Rusiya ilə danışıqların lazım olacağı an gələcək", - Kuleba vurğulayıb.
Eyni zamanda o qeyd edib ki, Qərblə qlobal Cənubun mövqeləri fərqlidir.
"Dünən qlobal cənubdan Ukraynanın etməli olduğu çətin kompromislərlə bağlı səslər gəldi", - deyə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ