İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan Rusiyaya ŞOK HÜCUM: Gecə saatlarında... - FOTOLAR

Rusiyanın Saratov vilayətində gecə saatlarında eşidilən partlayış və siren səsləri böyük panika yaradıb.

Musavat.com xəbər verir ki, partlayışdan sonra verilən açıqlamada Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) kritik bazaya hücum etdiyi məlum olub.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna bazar ertəsi səhər saatlarında Saratov vilayətindəki Engels aviabazasını PUA ilə hədəfə alıb. Ukraynanın Rusiya torpaqlarında ikinci dəfə hədəf aldığı Engels aviabazası Ukraynaya hücumlar üçün olduqca mühümdür.

63a949904e3fe029dc6a55f4.jpg (77 KB)

Nazirlik aşağı hündürlükdə hərəkət edən PUA-nın bazanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu, lakin dağıntılar nəticəsində 3 əsgərin həyatını itirdiyini açıqlayıb. Digər tərəfdən, həyatını itirənlərin texniki heyət olduğu bildirilib. Partlayışın gecə saat 2.35-də baş verdiyi qeyd edilib.

Yerli mənbələrin məlumatına görə, Tu-141 Strizh pilotsuz təyyarəsi Rusiya daxilində 700 kilometr yol qət edərək Engels-2-yə enib.

63a949d54e3fe029dc6a55f7.jpg (43 KB)

Saratov qubernatoru Roman Busargin hadisədən dərhal sonra hərbi obyektlərdə insident baş verdiyini, evlərə və infrastruktura ziyan dəymədiyini açıqlayıb.

Qeyd edək ki, Engels və Dyailevo bazalarında Ukraynanın hərbi obyektlərinə və enerji infrastrukturuna hücum edən uzaqmənzilli bombardmançı təyyarələr var. Məlumdur ki, Ukrayna dekabrın 5-də də Engels və Dyagilevo hava limanlarına analoji dron hücumları həyata keçirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR